30.10.2008, 19:04
|
#11
|
|
Mischievous
Qeydiyyat: 28.06.2007
Yaş: 21
İsmarıclar: 1,329
Rep Power: 5 
|
Re: Dünya iqtisadi böhranı!
Mene hele de catmir,bohran neden yaranir axi?
__________________
Yaxşı düşün, yaxşı olsun.
|
|
|
30.10.2008, 19:10
|
#12
|
|
Kəşfiyyatçı
Qeydiyyat: 09.07.2008
Ünvan: "Qaranlıqlar"
İsmarıclar: 261
Rep Power: 3 
|
Re: Dünya iqtisadi böhranı!
Sitat:
A.H tərəfindən
Mene hele de catmir,bohran neden yaranir axi?
|
Iqtisadçıya yaraşmayan bir sual verdiniz deyəsən. Cavab Qara qızıldan Yəni Neftdən. Neftin qiyməti birdən birə qalxarsa yaxud da ki enərsə Bu böhrana səbəb olur. Neftin alqı satqısı da dünyada Dollarla getdiyi üçün birdən birə dolların qaxlması yaxud enməsi Bankların iflasına səbəb olur. : )))
__________________
Ya Heç Bir Şey Üçün Yaşayacaqsan, Ya Da Bir Şeylər Üçün Öləcəksən
|
|
|
30.10.2008, 19:15
|
#13
|
|
Mischievous
Qeydiyyat: 28.06.2007
Yaş: 21
İsmarıclar: 1,329
Rep Power: 5 
|
Re: Dünya iqtisadi böhranı!
Sitat:
(*_*) tərəfindən
Iqtisadçıya yaraşmayan bir sual verdiniz deyəsən. Cavab Qara qızıldan Yəni Neftdən. Neftin qiyməti birdən birə qalxarsa yaxud da ki enərsə Bu böhrana səbəb olur. Neftin alqı satqısı da dünyada Dollarla getdiyi üçün birdən birə dolların qaxlması yaxud enməsi Bankların iflasına səbəb olur. : )))
|
Ezizim,men iqtisadci deyilem  Ele ona gore basim cixmir
__________________
Yaxşı düşün, yaxşı olsun.
|
|
|
30.10.2008, 21:22
|
#14
|
|
Prestij
Qeydiyyat: 04.04.2006
Ünvan: İstanbul
İsmarıclar: 1,644
Rep Power: 10 
|
Re: Dünya iqtisadi böhranı!
Bəzi siyasətçilər, iqtisadçılar komplo teoriləri "uyduraraq" bu böhranın planı şəkildə yarandığını iddia edirlər. Məqsəd isə sürətlə inkişaf etməkdə olan və güclü potensiallara malik Çin və Rusiyaya zərbə vurmaqmış. Hətta bunu da qeyd edirlər ki, neft qiymətlərin planlı (?) bir şəkildə azalması ABŞ-a müxalif olan, gəlirlərinin böyük hissəsini neftdən qazanan İran və Venesuella kimi ölkələri yerinə oturtmaqmış.
|
|
|
30.10.2008, 21:27
|
#15
|
|
"5"th element
Qeydiyyat: 06.09.2008
Ünvan: Bura Bakidir!
Yaş: 21
İsmarıclar: 566
Rep Power: 3 
|
Re: Dünya iqtisadi böhranı!
Dünya boyu mərkəzi banklar tarixdə ən iri kredit böhranından çıxmaq üçün sələm faizlərini kəsməkdə davam edir. ABŞ-da Mərkəzi Bank funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Fondu cəmi 2 həftə ərzində sələm faizlərini ikinci dəfə kəsmək üzərində düşünür. Avropa Mərkəzi Bankı da bu arada eyni addımı atacağını bəyan edib. Washington Post qəzetinin yazdığına görə dünya hökumətlərinin kütləvi xilas və stimul paketləri qəbul etməsinə baxmayaraq böhran nöqtələri artmaqda davam edir. Analitiklər deyir ki, hökumətlər qlobal maliyyə böhranının panikaya saldığı investorların davranışını nizamlamağa və müəyyən istiqamətə yönəltməyə çalışırlar. İstehlakçılardan tutmuş multi-milyard dollarlıq fondlaradək investorlar itkilərini azaltmaq üçün bazardan kütləvi qaçır və pullarını ABŞ qiymətli kağızlarına axıdırlar.
Lakin sələm faizləri əvvəlki effekti vermir. Adətən mərkəzi banklar sələm faizini endirəndə bizneslər və fərdlər üçün pul borc götürmək ucuzlaşır. Amma indi vəsait çatışmazlığı ilə üzləşən banklar və başqa maliyyə institutları kredit verməkdən çəkinirlər. İnvestorların çəkinməsi isə qlobal səhm birjalarında ağır enişlərlə müşayiət olunur. Honq Konqun səhm bazarı dünən 1989-cu ildən bəri ən kəskin enişini yaşadı. Tokyonun Nikkey indeksi isə son 26 ildə ən aşağı səviyyəyə düşüb. Postun yazdığına görə dünya ölkələrində cərəyan edən təlatüm valyuta mübadiləsinə də ciddi təsir göstərib. Hərçənd ki, Amerika iqtisadiyyatına etimad zəifləyib, xarici investorlar ABŞ dollarına başqa valyutalarla müqayiqəsədə daha çox etibar edirlər. Braziliya, Meksiko və Cənubi Koreya kimi inkişaf etməkdə olan bazarlarda korporasiyalar külli miqdarda pul itirdiklərinə görə həmin ölkələrin pul vahidləri dəyərlərini itirib. Yaponiyada isə bunun əksi baş verir. Çoxlu yen borc alan investorlar yapon pulunun dəyərini dollar və avroya nisbətdə qaldırıblar.
New York Times qəzetinin yazdığına görə Amerikada Avqust ayında ev qiymətləri kəskin enib. Ötən illə müqayisədə Avqust ayında Amerikanın 20 şəhərində ev qiymətləri 16.6 faiz düşüb. Bu Case-Shiller Ev Qiyməltəri İndeksində bir il ərzində qeydə alınan ən iri qiymət enişidir. Sorğuda nəzərdən keçirilən hər bir şəhərdə qiymətlər 5 ay ardıcıl olaraq düşüb.
Ən pis təsirə məruz qalan şəhərlər Feniks və Las Veqas olub. Burada qiymətlər 31 faiz düşüb. Qiymətlər həmçinin Los Anceles, Mayami, San Dieqo və San Fransisko şəhərlərində də enib. Avqustla İyul arasında qiymətlər yalnız 1 faiz düşüb ki, bu, da qiymət enişində yavaşımanın göstəricisi kimi dəyərləndirilə bilər. Həmin ay ərzində yalnız 2 şəhərdə - Klivlend və Bostonda qiymətlər cüzi olaraq artıb. Çikaqo və Denverdə isə qiymətlər sabit qalıb. Artıq bir neçə aydır ki, ABŞ-da ev qiymətləri kəskin düşməkdədir. Bu, isə işlərin itirilməsinə və ev inşaatı sənayesində, eləcə də qlobal maliyyə sistemində dərin böhrana yol açıb. Ev bazarındakı tənəzzülü əsas gətirərək ləvazimat istehsalçısı olan Whirlpool şirkəti bu yaxınlarda yüzlərlə işçini ixtisara salıb. Bununla da ev sahibləri gəlirlərinin azaldığını müşahidə edirlər. Eyni zamanda Times ucuzlaşan qiymətlərin əvvəl-axır iqtisadi dirçəlişə yol aça biləcəyini qeyd edir.
P.S. Mailime gelen bir yazi idi paylashmaq istedim
__________________
Sadece azadliğdir ki ,köksünden güclü insanlar çixardir , tezyig ise insan öldürür mehve yöneldir...
|
|
|
11.12.2008, 20:26
|
#16
|
|
Canlı
Qeydiyyat: 05.01.2008
Ünvan: Cənnət
İsmarıclar: 1,338
Rep Power: 4 
|
Re: Dünya iqtisadi böhranı!
Dünya İqtisadiayatında gərginlik dəvam edir..Amerika hökuməti isə bildirib ki, ötən əsrin 80-ci illərindən bu yana ilk dəfə olaraq, dünyada neftə tələbat azalacaq.Belə fikirləşirəm ki Düanyada İqtisadi artım getdikcə azalacaq.
İndi isə Başqa bir saytdan oxuduqlarımı sizə də çatdırım...
Kaliforniyada camaat yemək almaq üçün silahını satır. Əslində bu proqram bir neçə ildir həyata keçirilir, silahını təhvil verənlərə hədiyyə verilir. Amma maliyyə böhranı olduğundan bu il yığılan silahların sayı xeyli artıb. Nyu-York və San Fransiskoda olduğu kimi, Los Ancelesdə də vətəndaşlara imkan verirlər ki, adını açıqlamadan silahı təhvil versin. Hər silaha görə, 100 dollarlıq hədiyyə kartı verilir. Kartla ərzaq dükanlarından və yaxud elektron mağazalardan mal almaq olar. Amma silahını verənlərin çoxu ərzaq mağazaları üçün kart istəyir.
Los Ancelesin şerifi Bayron Vud deyir ki, indi camaat yemək almağa pul tapmır.
Los Ancelesin cənubunda silahlı dəstələrlə uzun illər mübarizə aparmış Komptonda silahların yığılması proqramı yenicə başa çatıb. Rəsmilər ilə 1000 silah gözləyirdilər. Amma təkcə bir həftə sonu, noyabrın son şənbə-bazar günündə 600-ə yaxın silah toplanıb. İndiyə qədər bir il ərzində bu qədər silah yığılmırdı.
P.S Gülməli vəziyyət olsada bu belədir.
__________________
Şəhid Şəhid üstünə, Ya Hüseyn Başsız qaldıq!...
|
|
|
31.01.2010, 22:55
|
#17
|
|
Forumun DJ`i
Qeydiyyat: 13.04.2006
Ünvan: Azerbaycan,Sumqayit
Yaş: 24
İsmarıclar: 212
Rep Power: 5 
|
Re: Dünya iqtisadi böhranı!
Böhran, əslində ABŞ tərəfindən Rusiyaya qarşı edilən gizli-iqtisadi müharibə idi. Amma sonradan bu müharibə öz çərçivəsini aşaraq, bütün dünyaya ayaq açdı. ABŞ bilmirdi ki, dünyada Rusiyanın da öz nüfuz dairəsi, öz bazarı var. Bunu planlaşdırmamış iki böyük üc mərkəzi dünyada böhranın dərinləşməsinə səbəb oldu. Bütün dünya bu böhrandan əziyyət çəkdi və bu gün də böhran davam edir.
Neftdən asılı olan bir ölkə kimi böhranın nəticələrini ört-basdır edə bilirik, ama neft və bu gün var, sabah yox. Sabahı da fikirləşmək lazımdır.
__________________
Özümü nöqte qeder kiçik gördüyüm zaman baxiram ki,menali bir cümlenin sonundayam...
|
|
|
01.02.2010, 12:44
|
#18
|
|
Super Moderator
Qeydiyyat: 13.04.2006
Ünvan: Bakı
Yaş: 25
İsmarıclar: 1,570
Rep Power: 6 
|
Re: Dünya iqtisadi böhranı!
Sualda,mövzuda aktual olmaqla yanaşı köhnəlmiş mövzudur...Cavabları oxudum,yazılanlar əslində reallıqa uyğundur ama kitab fikirləridə çoxluq təşkil edir.
Mən bu dünya iqtisadi böhranını şişmiş dünya iqtisadiyyatının nəhayətki partlamasına bənzətdim...Məncə dünya iqtisadiyyatının rəqabətliliyi özünü qeyri qanuni rəqabətdə göstərməyə başlamışdı,artıq dünya ölkələri milli iqtisadiyyatın rəqabətliliyini artırmaq haqda yoxx,iqtisadi yolla siyasi müdaxilələr haqda fikirləşirdilər və buda böhrana gətirib çıxardı.Mənim fikrimcə böhran heçdə süni təşkil olunmamışdı.Rusiya və Çin iqtisadiyyatını çökərtmək fikrinisə heç dəstəkləmirəm.Çünki böhran baş verəndə Rusiya iqtisadiyyatı onsuzda pis vəziyyətdə idi.Çinsə böhrandan əziyyət çəkdi yooox daha çoox yaralandı,çünki tanınmış şirkətlət,firmaların çoxu Avropa və Amerikadakı zavod və fabriklərini bağladıqları halda Çindəkiləri saxladılar digər tərəfdən isə Çində zavodvə fabrikləri olmayan firmalar da ora köç etdilər.Özüvüz fikir verin elə Bakıda çoxluq təşkil edən geyim mağazalarının 80 % ində Çində istehsal ounmuş lisenziyalı mallar satılır!!!
Azərbaycana gəldikdəsə böhranın Azərbaycan təsir etməməsi səbəblərinin 30 %-ni milli bankın və dövlətin iqtisadi siyasəti tuturdusa,70 %ni vergi və gömrük sisteminin bərbad vəziyyətdə olması tutur...Dövlət Büdcəsi Vergi və gömrük gəlirlərindən asılı olsa idi böhran Dünyaya təsir etdiyi kimik Azərbaycanada təsir edərdi.HaLbuki büdcənin gömrükdən və Vergidən yığılan pullarla ağzına kimi doldurmaq mümkündür.
__________________
Ümidin оğulluğа götürdüyü sаbаhlаr böyüyüb
Hərəsi yеkə bir dünən оlub
|
|
|
|
Burda olanlar: 1 (0 üzv , 1 qonaq)
|
|
|
| Mövzu seçimləri |
|
|
| Görüntü seçimləri |
Xətti
|
Bölmədə hüquqlarınız
|
Mövzu yaratmaq hüququnuz yoxdur
İsmarıclara cavab yazmaq hüququnuz yoxdur
Fayl əlavə etmək hüququnuz yoxdur
İsmarıcları düzəliş etmək hüququnuz yoxdur
HTML Kod Qeyri-Aktiv
|
|
|
|
Saat qurşağı GMT +5, vaxt: 13:41. |
|
|
|